AZ

ABŞ-də təyyarələr toqquşub: Ölən var

ABŞ-nin Arizona ştatının Skottsdeyl şəhərinin hava limanında iki təyyarənin toqquşması nəticəsində bir nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi (FAİ) məlumat ayıb.

Açıqlamada şəxsi təyyarənin idarəetməni itirərək uçuş-enmə zolağından çıxaraq başqa bir təyyarə ilə toqquşması nəticəsində hava limanında bütün uçuşların müvəqqəti olaraq dayandırıldığı bildirilib.

Qəza nəticəsində 1 sərnişin ölüb, 4 nəfər isə yaralanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, araşdırma aparılır.

Seçilən
15
cebheinfo.az

1Mənbələr