AZ

Simone İnzaqi: “Tənqidlərə əhəmiyyət vermədik”

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 24-cü turunda “Fiorentina” üzərində 2:1 hesablı ev qələbəsini şərh edib.

Arena.az DAZN şəbəkəsinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Ümumi səylər nəticəsində qazanılmış vacib bir qələbə. Tərəfdarlarımız bizi əla dəstəklədilər. Sevinirəm ki, Marko Arnautoviç nəhayət qol vura bildi. O, buna layiqdir.

Biz tənqidlərə əhəmiyyət vermədik (“Fiorentina” ilə daha əvvəlki son oyundan (0:3) sonra). Bu gün uşaqlar əla oyun nümayiş etdirdilər. Baxmayaraq ki, bu, asan olmadı, çünki rəqib çox dərindən müdafiə olunurdu”, deyə Simone İnzaqi bildirib.

Qələbə sayəsində “İnter” xalını 54-ə yüksəldib və 55 xalla yarış cədvəlinə başçılıq edən “Napoli”ni 2-ci pillədən daban-dabana təqib etməkdə davam edir. “Fiorentina” isə 42 xalla 6-cı pillədədir.

Seçilən
7
arena.az

1Mənbələr