AZ

“Turan” yarıyolda qaldı - Piriyev “maklerlik” etdi, baha alındı, Berdiyev boğaza yığıldı

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev yenə özündən çıxıb.

Bu isə səbəbsiz yerə deyil.

Rusiyalı çalışdırıcı komandanın istifadəsində olan avtobusdan şikayətçi düşüb.

Problem ondadır ki, futbolçuları Bakıda məşqə aparıb-gətirən nəqliyyat vasitəsi tez-tez xarab olur. Avtobus hətta iki dəfə onları yolda qoyub, işləməyib.

Bu azmış kimi, yan şüşələrdən biri anidən yerindən qopub. 73 yaşlı çalışdırıcı avtobusun dəyişdirilməsini istəyib. Lakin hələ də onun bu tələbi yerinə yetirilməyib.

Sözügedən nəqliyyat vasitəsi təqribən 1,5 il öncə alınıb. Ehtiram Quliyev bunun üçün 200 min manata yaxın xərc çəkib.

İdarə Heyəti avtobusun görünüşünə vurulub, odur ki, ona görə mövcud dəyərindən xeyli artıq pul ödəmə edib.

Halbuki ili yeni olmayan belə avtobuslar maşın bazarından 120-130 min manata əldə etmək mümkündür.

O klubdan ötən müddətdə kifayət qədər əlavə vəsait aparıb. Bu ilyarım ərzində əksər texniki hissələri sıradan çıxıb və onlar yenisi ilə əvəzlənib.

Bir sözlə, avtobusun astarı üzündən də baha başa gəlib.

Nəqliyyat vasitəsi Tural Piriyevin təqdimatı ilə alınıb. Ehtiram Quliyev gedib avtobus tapandır?

Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru sədrlə münasibətlərindən istifadə edərək, əsl makler kimi davranıb.

SPORTİNFO.AZ

Seçilən
4
sportinfo.az

1Mənbələr