Fransa prezidenti Emmanuel Makron Hindistanın baş naziri Narendra Modinin Parisdə keçirilən Süni İntellekt (AI) Sammitində salamlaşmasına məhəl qoymayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “İzvestiya” özünün Telegram kanalında məlumat yayıb.
Görüntülərdə Fransa prezidentinin sammitin digər iştirakçılarının əlini sıxdığı, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə öpüşüb görüşdüyü müşahidə olunur.
Qeyd edək ki, Fevralında 10-da Parisdə süni intellektin təhlükəsiz istifadəsi üzrə beynəlxalq konfrans başlayıb və fevralın 11-dək davam edəcək.
QAZİLER.AZ