Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ səfiri Lin Treysi ilə xaricdəki diplomatik nümayəndəliklərin işi ilə bağlı planlaşdırılmış görüş keçirib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS-a Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Ryabkov ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirib. Görüş xaricdəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyətinə həsr olunub", - deyə diplomat qeyd edib.
13:35
ABŞ səfiri Lin Treysi gözlənilmədən Rusiya Xarici İşlər Nazirliyinə gedib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Medianın yazdığına görə, ABŞ səfərinin Rusiya XİN-i ziyarət etməsinin səbəbi məlum deyil.