AZ

Növbəti hərracda 18 nəqliyyat vasitəsi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 11 fevral tarixində keçirilən hərracda 2 lot üzrə 18 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətinin məlumatına görə, hərracda lot üzrə 17 nəqliyyat vasitəsi 186.500 manata, digər nəqliyyat vasitəsi 7.100 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3GJuci linki vasitəsilə tanış olmaq olar.

Cari ay üzrə növbəti hərraclar 14, 18, 25 və 27 fevral tarixlərində keçiriləcək. Hərraclara nəqliyyat vasitələri, daşınmaz əmlaklar, avadanlıqlar və texnikalar çıxarılıb.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər

Seçilən
2
18
vergiler.az

10Mənbələr