Bakı, 11 fevral, AZƏRTAC
BOTAŞ ilə “Türkmənqaz” arasında Türkmənistan qazının Türkiyəyə nəqli ilə bağlı müqavilə imzalanıb.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar məlumat verib.
Müqaviləyə əsasən, Türkiyə türkmən qazının idxalına bu ilin martın 1-dən başlayacaq.
“Uzun illərdir üzərində çalışdığımız bu müqavilə ilə ölkəmizin və regionumuzun təbii qaz təchizatı təhlükəsizliyini güclənəcək və iki ölkə arasında strateji əməkdaşlıq daha da dərinləşəcək”,- deyə Alparslan Bayraktar qeyd edib.
Qeyd edək ki, Türkmənistandan Türkiyəyə qaz nəqli ilə bağlı müqavilə ötən ilin mart ayında Antalyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə imzalanıb.