AZ

Paytaxtın müxtəlif ərazilərində mağazalardan oğurluq edənləri polis saxladı

Bakı. Trend:

Səbail rayonu ərazisində yerləşən mağazalarınbirindən 585 manatoğurlanması barədə Səbail RPİ 39-cu Polis Bölməsinə məlumat daxilolub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərləoğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrləməhkum olunmuş 42 yaşlı E.Mirzəyev müəyyən olunaraq saxlanılıb.
Daha bir neçə oğurluq hadisəsi isə Nəsimi və Suraxanı rayonlarıərazisində qeydə alınıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qızıl-zinətəşyaları, dəyəri 400 manat olan qol saatı və mağazalardan 600manatlıq müxtəlif məhsullar oğurlamaqda şübhəli bilinən 31 yaşlıQ.Qəhramanlı, 23 yaşlı Ə.Süleymanlı və əvvəllər narkotiklə əlaqəlicinayətə görə məhkum olunmuş 33 yaşlı M.Məmmədli müəyyən olunaraqsaxlanılıblar.

Hər üç faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Seçilən
3
az.trend.az

1Mənbələr