AZ

Rusiya Trampdan məmnundur - Kreml onun bu fikrindən çox razı qalıb...

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın “Ukrayna Rusiyanın bir hissəsi ola bilər” açıqlamasından mənun qaldıqlarını bildirib.

“AzPolitika” xəbər verir ki, jurnalistlərin bununla bağlı sualını cavablandıran Peskovun sözlərinə görə, hər hansı bir hadisənin baş vermə ehtimalı “50-nin 50-yədir”.

Onun sözlərinə görə, “Rusiya ilə ABŞ arasında təmaslar hazırda intensivləşib və müəyyən kanallar vasitəsilə həyata keçirilir”.

Bundan əlavə, Peskov iddia edib ki, “Ukraynanın əhəmiyyətli bir hissəsi Rusiya olmaq istəyir və ərazisinin bir hissəsi artıq Rusiya Federasiyasının bir hissəsinə çevrilib”.

Kreml nümayəndəsi həmçinin qeyd edib ki, “Trampın Vladimir Putinin sözlərindən sitat gətirməsinin özü hələ Rusiya və ABŞ-nin mövqelərinin yaxınlaşması demək deyil”.

Xatırladaq ki, Tramp bundan öncə onu ancaq pul maraqlandırdığını deyərək, Ukraynanın Rusiyanın tərkib hisəsi ola da, olmaya da biləcəyini qeyd edib: ““Biz yüz milyardlarla dollar xərcləyirik. Onlar (ukraynalılar) sövdələşə bilər, sövdələşməyə də bilər. Bir gün onlar (söhbət Ukraynadan gedir) Rusiyaya çevrilə də, çevrilməyə də bilər, amma bizim pulumuz oradadır və mən onu geri istəyirəm”.

“AzPolitika.info” 

Seçilən
13
azpolitika.info

1Mənbələr