AZ

"FNC BOKT" QSC-nin vəziyyəti - MƏLUM OLDU - HESABAT

"FNC BOKT" QSC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.

FED.az xəbər verir ki, kredit təşkilatı ötən ili 1 milyon 972 min manat xalis mənfəət ilə başa vurub. Lakin,  2023-cü ili 105,1 min manat xalis mənfəət ilə bağlamışdı. Bu da illik 1 milyon 867 min manat (18,8 dəfə) artım deməkdir.

Təşkilat zərərdə oluğu üçün  ötən il əldə etdiyi mənfəətdən 492,9 min manat vergi ödəyib. 2023-cü ilin ödənişinə nisbətən 466,6 min manat (18,7 dəfə) artıb.

 "FNC BOKT"ın faiz gəlirləri  2024-cü ildə 2 milyon 594 min manat, xərcləri 48,4 min manat, xalis faiz gəlirləri isə 245 min manat təşkil edib . Gəlirlər illik müqayisədə 2 milyon 453,7 min manat (18,5 dəfə), xərclər 45 min manat (14,2 dəfə), xalis faiz gəlirləri 108,1 min manat (79%) artıb. 

Təşkilatın haqq və komissiya gəlirləri 92,8 min manat, xərclər isə 15,8 min manata bərabər olub. İllik müqayisədə gəlirlər 76,5 min manat (45,2%) azalıb, xərclər 14,7 min manat (14,4 dəfə) artıb.

Nəticə xalis haqq və komissiya gəlirləri 91,2 min manat (2,2 dəfə) azalıb.

BOKT bu dövrdə cəmi 2 min 929 manat əməliyyat gəliri əldə edib. 2023-cü ildə bu rəqəm 512 manat olub.

Təşkilatın işçi heyəinə çəkdiyi xərcləri 36,5 min manat (40%) artaraq 127,7 min manata, sair ümumi və inzibati xərcləri isə 10,1 min manat (49,5%) artaraq 30,5 min manata yüksəlib.

"FNC BOKT" QSC ötən il 42 milyon 633 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 30 milyon 956 min manat (3,7 dəfə) artıb.

Kredit portfeli də kəskin artaraq 30 milyon 963 min manat (3,7 dəfə) artaraq  42 milyon 505 min manata yüksəlib.

Öhdəliklər isə 28 milyon 983 min manat (3,6 dəfə) artaraq 40  milyon 256 min manata çatıb.

Balans kapitalında 1 milyon 972 min manat və ya 5,9 dəfə artım baş verib və 2 milyon 377 min manata yüksəlib.

image

image

Seçilən
2
fed.az

1Mənbələr