Cumhuriyyət Halk Partiyasının prezidentliyə namizədinin müəyyənləşdirilməsi üçün ilkin seçkilərin keçiriləcəyi tarix müəyyənləşib.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, ilkin seçkilər martın 23-də keçiriləcək.
Qeyd edək ki, CHP-də prezidentliyə namizədliyi üçün adları hallanan Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ankarada partiya sədri Özgür Özəl ilə görüşüb.
Yavaş bu görüşdə Özəl-ə ilkin seçkilərdə iştirak etməyəcəyini bildirib.
Mina Mikayılova