AZ

İsveçdəki qanlı hücumun detalları: hədəf miqrantlar olub

Fevralın 4-də İsveçin Örebro şəhərindəki Risbergska Liseyində baş verən atışmanın yeni detalları üzə çıxıb.

Publika.az xəbər verir ki, hücumda ölən 10 nəfərdən 8-nin mühacir, 2-nin isə isveçli olduğu bildirilib. Ölən 10 nəfərdən 7-i isə qadın olub.

Məlumata görə, ölənlərdən 2-i suriyalı, digərləri isə Eritreya, İran, Bosniya və Herseqovina, Somali, Əfqanıstan və İraq vətəndaşlarıdır.

Stokholm polisi təcavüzkarın 35 yaşlı İsveç vətəndaşı Rickard Anderssonda olduğunu açıqlayıb. Qatilin psixi pozğunluğunun olduğu və evində aparılan axtarışda müəyyən ideoloji əlaqəyə malik hər hansı yazı və ya rəqəmsal materiala rast gəlinmədiyi bildirilib. Həmçinin cinayətkarın intihar etdiyi qeyd edilib.

Seçilən
4
publika.az

1Mənbələr