“Fiorentina”nın baş məşqçisi Raffaele Palladino İtaliya A Seriyasının 24-cü turunda “İnter”ə 1:2 hesablı səfər məğlubiyyətini şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis “bənövşələr”in məğlubiyyətində VAR-ı təqsirkar görür.
Palladinonnu qənaətinə görə, “İnter”in vurduğu ilk qol ərəfəsində VAR “neradzurri”nin lehinə səhvən künc zərbəsi qərarını qəbul edib:
“Mən hakimə deyil, VAR protokoluna hiddətlənmək istəyirəm. Əgər bizim əlimizdə hakimlərə daha az səhv etməyə kömək edəcək bir vasitəmiz varsa, biz obyektiv bir səhvə müdaxilə etməyə bilmərik. Top təxminən 20 sm uçub çıxmışdı. Bunlar həlledici xüsuslardır. Protokol, VAR-ın müdaxilə edə bilməyəcəyini söyləyir. Razıyam ki, o, hər şeyə qarışmamalıdır, amma bu yaxşı hal deyil, çünki mübahisə etdiyimiz və evə qəzəblə yollandığımız bir vəziyyətə düşürük”, deyə Palladino qeyzlə vurğulayıb.
Xatırladaq ki, fevralın 6-da 14-cü turdan təxirə salınmış ev oyununda “Fiorentina” “İnter”i gözlənilmədən 3:0 hesabı ilə məğlub edərək, liderlikdən etmişdi. Göründüyü kimi, “İnter” vacib bir məqamda intiqam ala bilib.
Qələbə sayəsində “İnter” xalını 54-ə yüksəldib və 55 xalla yarış cədvəlinə başçılıq edən “Napoli”ni 2-ci pillədən daban-dabana təqib etməkdə davam edir. “Fiorentina” isə 42 xalla 6-cı pillədədir.