AZ

“Batareyaları təhvil ver, təbiəti qoru”: 100 kiloqram işlənmiş batareya toplandı

Bakı, 11 fevral, AZƏRTAC

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, könüllülər “Azərbaycan Hava Yolları” QSC-dən, Bakı Ağ Şəhər Biznes Mərkəzindən, Bakı Avropa liseyindən, “Araz” supermarketlər şəbəkəsinin “Space” və Xətai filiallarından və “Bravo” Əhmədli hipermarketdən, ümumilikdə, 100 kiloqram işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verib.

Belə təşəbbüslərdə aktiv iştirak ətraf mühitin qorunmasına, tullantıların düzgün idarə edilməsinə müsbət təsir göstərir, ekoloji davamlılığa töhfə verir.

Seçilən
1
azertag.az

1Mənbələr