AZ

"Təhlükə yüksəkdir" - ÜST-dən HƏYƏCAN TƏBİLİ

SARS-CoV-2 koronavirusunun (COVID-19) insanlar və heyvanlar arasında yayılması yeni təhlükəli virusların yaranması təhlükəsini yaradır. 

 

Sfera.az bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

 

Hesabatda bildirilir ki, COVID-19-dan qlobal ictimai sağlamlıq riski yüksək olaraq qalır. ÜST qeyd edib ki, SARS-CoV-2-yə qarşı immunitet hazırda əhəmiyyətli dərəcədə artıb. Bununla belə, onun dövriyyəsi əhəmiyyətli səviyyədə davam edir. 

 

Təşkilatın məlumatına görə, bunu müsbət test nəticələrinin faizi və çirkab sularından nümunə götürmə faizi sübut edir.

 

Qeyd edək ki, COVID-19 pandemiyası 2019-cu ilin dekabrında Çinin Vuhan şəhərində başlayıb. 2025-ci ilin yanvar ayına olan məlumata görə, dünyada 777 milyondan çox hadisə qeydə alınıb.

 

Firuzə Əliyeva
 

Seçilən
9
8
sfera.az

9Mənbələr