AZ

"Bütün məktəblərdə alman dili tədris edilməlidir"

Bugün ən məşhur xarici dillərdən biri alman dilidir. Buna baxmayaraq, bu dil Azərbaycanda çox az məktəblərdə tədris olunur.

 

Maraqlıdır, bu dil şagirdlər üçün nə dərəcədə maraqlıdır? Onlar alman dilini necə mənimsəyirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a Alman dili müəllimi Vüsalə Ağaliyeva danışıb. O, alman dilinə olan tələbatı nəzərə alaraq, bu dilin bütün təhsil müəssisələrində tədris olunmasının vacib olduğunu bildirib:

154750

 

“Tədris etdiyim məktəbdə əsas xarici dil alman dili olduğundan, mən 1-ci sinif şagirdlərinə də dərs deyirəm. İlk növbədə, özümü balaca fidanlara sevdirməyə, eyni zamanda fənnimi maraqlı və cəlbedici şəkildə tədris etməyə çalışıram. Bunun üçün dərslərimi əyləncəli oyunlar, musiqilər və interaktiv üsullarla zənginləşdirirəm. Həmçinin, dərsdən sonra "WhatsApp" tətbiqi vasitəsilə yaratdığımız qrupda mövzuları bir daha izah edərək, şagirdlərimin dərsi daha yaxşı mənimsəməsinə kömək edirəm".

 

Vüsalə müəllimin dediyinə görə, bu metodlar sayəsində ibtidai sinif şagirdləri alman dilini sevərək və maraqla öyrənir, hətta onu digər fənlərdən üstün tuturlar:

 

“Təbii ki, istənilən fəndə olduğu kimi, alman dilini də fərqli səviyyələrdə mənimsəyən şagirdlər mövcuddur. Xüsusilə 8-9-cu siniflərdən sonra bəzi şagirdlərin maraq dairəsi fərqli sahələrə yönəlsə də, buraxılış fənni olduğu üçün məqsədyönlü şagirdlər bu dili daha dərindən öyrənməyə çalışırlar".

 

Ümumilikdə, alman dilinə olan tələbatı nəzərə alaraq, onun bütün təhsil müəssisələrində tədris olunmasının vacibliyini vurğulayan Vüsalə Ağaliyeva, əlavə edib ki, Almaniya inkişaf etmiş bir ölkə kimi müxtəlif dilləri öz təhsil sisteminə daxil edirsə, biz də təhsilin yüksək inkişaf etdiyi bu ölkənin dilini öyrətməyə xüsusi önəm verməliyik.

Seçilən
19
azedu.az

1Mənbələr