Roma, 11 fevral, AZƏRTAC
Avropada təbii qaz qiymətləri son iki ildə ən yüksək həddə çatıb.
AZƏRTAC xəbər verir ki, Niderlanddakı TTF habında meqavat-saat qazın mart fyuçersinin qiyməti 4 faiz artaraq 58,75 avro təşkil edib. Bu, 2023-cü ilin fevralından bəri ən yüksək göstəricidir.
Qiymətin artması qitədə havanın temperaturunun düşməsi və yeraltı anbarlardakı qaz həcminin azalması fonunda baş verib. Belək ki, Avropanın qaz anbarlarının doluluq nisbəti 49 faizə qədər azalıb ki, bu da son 5 ilin eyni dövrü ilə müqayisədə orta səviyyədən təxminən 8 faiz azdır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma