AZ

Növbəti 3 günlə bağlı xəbərdarlıq: Hazır olun!

Astroloqlar Günəş və Uran planeti arasında kvadrat bucaq yaranacağını və bu təsirin üç gün ərzində davam edəcəyini bildiriblər.

Bəs bu hadisə insanların həyatına necə təsir göstərə bilər?

Yenisabah.az bu mövzuda bir sıra proqnozları nəzərdən keçirib.

Bu astroloji hadisə hakimiyyət fiqurları ilə gərginlikləri artıraraq qaydalara meydan oxumaq istəyini gücləndirə bilər. İnsanlar azadlıq mövzusuna daha çox önəm verəcək, həyatlarında köklü dəyişikliklər etmək ehtiyacı hiss edəcəklər. Ani və impulsiv qərarlar verməyə meylli ola bilərlər. Lakin bu müddət ərzində tələsik addımlar atmaq məsləhət görülmür.

Hisslərinizi nəzarətdə saxlamaq vacibdir, çünki emosional partlayışlar və qeyri-sabit reaksiyalar riski yüksəkdir. Səbrli və düşünülmüş addımlar atmaq tövsiyə olunur. Azad olmaq istədiyiniz həyat sahələrinə diqqət yetirə bilərsiniz, amma dəyişiklikləri sakit və məntiqli şəkildə həyata keçirmək önəmlidir.

Bu dövrdə bəzi insanlar gözlənilmədən işdən ayrılmaq və ya münasibətlərini bitirmək qərarına gələ bilər. Sürətli və emosional reaksiyalardan çəkinmək, vəziyyəti obyektiv qiymətləndirmək tövsiyə olunur.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
3
4
yenisabah.az

5Mənbələr