Ukrayna “Türk axını” qaz kəmərinə hücum etməyəcəyinə söz verib.
Axar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
O, Avropa Komissiyasının verdiyi zəmanətlərin siyahısından da danışıb.
“Türk axını” infrastrukturuna hücumdan imtina etməklə yanaşı, Ukrayna öz ərazisindən neft nəqlini dayandırmayacağına və ölkə ərazisindən qaz tranzitinin bərpasına dair danışıqlara dərhal başlamağa söz verib. Bundan əlavə, AK Rusiya xammalının AB-yə daxil olduğu qaz və neft kəmərlərini qorumağı öhdəsinə götürüb.
Qeyd edək ki, Ukrayna “Türk axını”nın infrastrukturuna hücum edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hərbçiləri Krasnodar diyarında Qay-Kodzordakı “Russkaya” kompressor stansiyasının ərazisində Ukraynanın 9 ədəd PUA-sını vurub.