Ajans.az xəbər verir ki, yanğın rayonun Yüksek məhəlləsində Kaleler küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
Daxil olan məlumata görə, xarici ölkə vətəndaşı olan 4 uşaq olmaqla 6 nəfərlik ailənin yaşadığı 3 otaqlı fərdi yaşayış evində elektrik naqilindən yanğın baş verib.
Yanğın qısa zamanda bütün evi bürüyüb. Alovu görənlər vəziyyəti xilasetmə, sağlamlıq və polis qruplarına bildirdi. Hadisə yerinə gələn qruplar müdaxilə edərək yanğını söndürüb. Bildirilib ki, ana və uşaqları yanğını görüb bayıra çıxıblar. Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.