Bakı. Trend:
"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasından 10 il keçir.Yarandığı az müddət ərzində Cəmiyyət ölkəmiz üçün çox böyük işlərgörüb. Qurumun əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətlielektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəlixidmət göstərməkdir. Görülən işlərə nəzər salsaq, görərik ki,“Azərişıq” vəzifələrinin öhdəsindən layiqincə gəlir.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, “Azərişıq”paytaxtda və regionlarda, eləcə də, Qarabağ və Şərqi Zəngəzurdatorpaqlarımız işğaldan azad olunandan sonra dərhal bir sıra uğurlulayihələrə imza atıb.
Belə ki, 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız 2020-ciildə azad edildikdən sonra həmin ərazilərin enerji ilə təminedilməsi pioritet məsələlərdən idi.
Azərbaycanın bu bölgələri 30 ilə yaxın bir müddətdə işğalaltında qalarkən, düşmən tərəfindən oradakı elektrik enerjisişəbəkələri, xətləri və stansiyaları məhv edilmiş və ya istifadəyəyararsız vəziyyətə salınmışdı.
Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlətəhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “AzərişıqQarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyatakeçirməyə başladı.
Qurumun işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi işlərAzərbaycanın sosial-iqtisadi inkişafına, təhlükəsizlik təminatınavə regionun yenidən qurulmasında böyük əhəmiyyət kəsb edir.İşğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi təchizatınınbərpa edilməsi və yeni elektrik şəbəkələrinin qurulması, həm mülki,həm də iqtisadi fəaliyyətin bərpası üçün vacibdir. Bu, regiondahəyat keyfiyyətinin yüksəlməsi və yeni investisiyaların cəlbolunması baxımından müstəsna əhəmiyyətə malikdir.
Elektrik enerjisinin təchizatı ərazilərdə kənd təsərrüfatı,sənaye və xidmət sektorlarının inkişafına şərait yaratmağa köməkedir. Ərazilərdə elektrik enerjisinin bərpası, insanların normalhəyat şəraitinə qayıtmasına, həmçinin, iş yerlərinin açılmasınasəbəb olur. Bu, əhalinin sosial rifahının artmasına, məcburiköçkünlərin öz evlərinə geri qayıtmasına şərait yaradır.İnfrastruktur layihələri, həmçinin, enerji təminatının artmasıərazilərdə təhlükəsizlik təminatının güclənməsinə də xidmətedir.
Elektrik təchizatının sabitliyi və etibarlılığı həm yerliəhalinin, həm də strateji obyektlərin qorunmasına mühüm təsirgöstərir. Bu cür layihələr Azərbaycanın beynəlxalq aləmdə iqtisadigücünü artırmasına və regiondakı mövqeyini gücləndirməsinə də təsiredir. İnfrastrukturun bərpası və inkişafı, xarici investorlar üçündə önəmli amil olur, bu isə ölkənin iqtisadi inkişafına və xariciəlaqələrinin möhkəmlənməsinə imkan verir. Nəticə etibarilə,"Azərişığ"ın bu ərazilərdəki fəaliyyəti yalnız elektrik enerjisininbərpası ilə məhdudlaşmır. O, həmçinin, iqtisadiyyatın bərpasına,insanların həyat şəraitinin yaxşılaşdırılmasına, təhlükəsizliyingücləndirilməsinə və Azərbaycanın regional təsirinin artırılmasınayönəlmiş mühüm addımlar atır.
Dağ və meşəlik, həmçinin, çətin relyefli ərazilər olmasınabaxmayaraq, “Azərişıq” əməkdaşları qarlı, şaxtalı havada işlərinifədakarlıqla görməyə başladılar. Ən əsas çətinlik isə düşməninərazilərimizə basdırdığı minalar idi. Bütün bunlara baxmayaraq,torpaqlarımız azad olunandan sonra işlər yüksək səviyyədə görülməyəbaşladı və bu gün də davam edir. “Azərişıq” yalnız elektriktəchizatını təmin etməklə kifayətlənmir, həm də yeni innovativsistemlərin tətbiqi ilə daha dayanıqlı və etibarlı enerjişəbəkəsinin qurulmasını məqsəd qoyur.
İşğaldan azad edilən ərazilərdə elektrik təchizatının bərpasıistiqamətində ilk addımlar mövcud elektrik xətlərinin təmiri vəyeni enerji xətlərinin çəkilməsi ilə atıldı. Bu çərçivədə yüksəkgərginlikli elektrik xətləri, transformatorlar və yeni enerjistansiyaları inşa edildi. “Azərişıq” ASC, həmçinin, zədələnmiş vəya sıradan çıxmış elektrik infrastrukturunun bərpasınısürətləndirərək, bölgədəki sakinlərin təmiz və kəsintisiz enerjitəminatını təmin etmək üçün mütəmadi olaraq işlər aparır.
Gəlin, "Azərişıq” ASC-nin Qarabağ və Şərqi Zəngəzurda gördüyüişlərə nəzər salaq.
2020-ci ildə Vətən müharibəsinin yenicə bitməsinə baxmayaraq,həmin ərazilərdə elektrik təminatı ilə bağlı təxirəsalınmaz işlərəbaşlanıldı. Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşənxüsusi dövlət əhəmiyyətli binalar yeni çəkilən elektrik verilişxətti vasitəsilə elektrik enerjisi ilə təmin olundu. Sonra isə“Şükürbəyli” yarımstansiyasından qidalanmaqla Qarabağın gözü olanŞuşa şəhəri elektrik enerjisi ilə təmin edildi. Bunlar müharibədəndərhal sonrakı işlər idi.
İlkin işlərdən sonra daha fundamental işlər planlaşdırıldı vəgörülməyə başlandı. Şuşanın Baş Planına uyğun olaraq enrjiinfrastrukturu qurulmağa başladı. İlk dəfə olaraq texnolojiyeniliklərin tətbiqi ilə Şuşa şəhəri üçün yeni konseptdə işlərəbaşlanıldı. Bu, rəqəmsal yarımstansiya idi. Qeyd edək ki, sovet vəişğal dövründə şəhərdə 48 transfarmator var idi və köhnə sistemüzərində qurulmuşdu. 2022-ci ilin mayın 10-da AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində “Azərişıq”ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştiraketdi.
Şuşada Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsişəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımındanəhəmiyyətli hadisə idi. Ənənəvi üçpilləli 35/10-6/0,4kV-luqpaylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvielektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4kV-luqşəbəkələrlə əvəz edildi. İlk dəfə Şuşada tətbiq edilən 35/0,4kV-luq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digəryarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olubŞuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatınıtəmin edir. Nəticədə elektrik enerjisinin alış nöqtəsindən abonentsayğacınadək idarə olunması tam nəzarətdə saxlanılır.
Böyük Qayıdışa – Zəngilan rayonunda "ağıllı kənd” konsepsiyasıəsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinəbaşlanıldı. Əlbəttə ki, işıqsız kənddə yaşamaq mümkün deyildi. Onagörə də "Azərişıq" Zəngilan rayonunun Ağalı kəndinə və tikilməkdəolan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkməyə başladı. Yenitip izolyasiya olunmuş 35 kV-luq xətlərin istifadəsi ümumilikdəölkənin enerji sisteminin dayanıqlıq, etibarlıq və səmərəlilikgöstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkanverir. Yenidən qurulan Ağalı kəndində küçələrin “ağıllı”işıqlandırılması həyata keçirildi.
Bundan başqa, digər azad edilmiş ərazilərdə nəhəng işlərgörülməyə davam etdirildi. Şuşanının Daşaltı kəndində isə 35/10kV-luq 1 yarımstansiya, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsalİdarəetmə Mərkəzi, Cəbrayılda Rəqəmsal İdarəetmə Mərkəzi tikilərəkistismara verilib.
2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə böyük gücmərkəzlərindən ikisinin rəsmi açılışı baş tutub. Sentyabrın 2-dəölkə başçısı Kəlbəcərdə 110/35 kV-luq “İstisu” yarımstansiyasınıişə salıb. Oktyabrın 3-də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsalİdarəetmə Mərkəzinin açılışında iştirak edib. Ağdam ElektrikŞəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazırvəziyyətdədir. Hər 3 güc mərkəzi müasir tələblərə cavab verən SCADAsistemi ilə təchiz edilib.
İşğaldan azad olunan ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinintikintisi də davam edir. Laçında müasir yarımstansiya və Rəqəmsalİdarəetmə Mərkəzi tikilir, eləcə də, 110/35/10 kV-luq "Minkənd"yarımstansiyasının inşası, "Ağbulaq-SES" və "Minkənd"yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttininçəkilişi yekunlaşmaq üzrədir. Xocalıda "Xocalı" yarımstansiyası vəİdarəetmə Mərkəzinin tikintisi, "Əsgəran", Malıbəyli və Sığnaqyaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir.Xocavənddə "Zoğalbulaq" yarımstansiyasının tikintisi, Hadrut"Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi davam edir. Həmçinin,Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və yaplanlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatının təminolunması məqsədilə müasir tələblərə cavab verən yeni transformatoryarımstansiyaları tikilir. Hazırda Qubadlı Rəqəmsal İdarəetməMərkəzində tamamlanma işləri gedir.
Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird,Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, XocalıdaAşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrutqəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədlivə Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri və Xudafərinqəsəbəsi, Zəngilan rayonu və Cahangirbəyli kəndi, Qubadlıda Xanlıq,Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təminolunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN elektrik verilişxəttinin çəkilişi davam edir. Xankəndi şəhərində isə şəbəkəköhnədir. Demək olar ki, istifadəyə yararsızdır. Xankəndi şəhərininBaş Planına uyğun olaraq layihə və sxemlər hazırlanır. O işlərinicrasına da yaxın günlərdə başlanılmalıdır.
“Azərişıq” azad edilmiş ərazilərdə də innovativ və texnolojiyenilikləri tətbiq edir.
Bu prosesə yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi,yeni elektrik stansiyalarının inşası və mövcud olan enerjisistemlərinin modernləşdirilməsi daxildir. Beləliklə, "Azərişıq"ASC yalnız elektrik təchizatını təmin etməklə kifayətlənmir, həm dəyeni innovativ sistemlərin tətbiqi ilə daha dayanıqlı və etibarlıenerji şəbəkəsinin qurulmasını həyata keçirilməsində iştirakedir.
Bundan başqa, Cəmiyyət Qarabağ və Şərqi Zəngəzur bölgələrindəhərbi hissələrin işıqlandırılması, Qarabağda istifadəyə verilmişhava limanlarının elektrik enerjisi ilə təchiz edilməsiistiqamətində mühüm addımlar atır. Bu tədbirlər bölgənintəhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsbedir. Misal olaraq, Kəlbəcər rayonundakı “Alagöllər”, Zəngilandaisə Bartaz yüksəkliyində görülən işləri göstərmək olar.
"Azərişıq" ASC son illərdə ekoloji cəhətdən faydalı olanelektromobillərin istifadəsini təşviq etmək üçün müxtəlif layihələrhəyata keçirib. Cəmiyyət elektromobillər üçün şarj stansiyalarınınsayını artıraraq, bu sahədə əhəmiyyətli addımlar atıb. Butəşəbbüslər ölkənin enerji sektoru üçün də böyük əhəmiyyət daşıyır,çünki bu tip nəqliyyat vasitələri elektrik enerjisi ilə işləyir vəbununla da nəqliyyatın fosil yanacaqdan asılılığını azaldır. Qurumtərəfindən işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşılenerji ilə dəstəklənən 15 enerjidoldurma məntəqəsi (EDM)quraşdırılıb. Bu məntəqələrin sayının artırılacağı gözlənilir.
Hazırda işğaldan azad edilən ərazilərində “Azərişıq” ASC-nin 5097 abonenti mövcuddur. Bunun 4 182-si əhali qrupuna, 915-i isəqeyri-əhali qrupuna daxil olan abonentlərdir. İşğaldan azad edilənərazilərdə abonentlərin sayı mütəmadi olaraq artır. Elektrikşəbəkələrin yenilənməsi və müasir texnologiyalarla təmin edilməsi,abonentlərin məmnuniyyətini təmin edir. Bu isə regionda elektrikenerjisinin təminatında sabitlik yaradır və sakinlərinin gündəlikhəyatını asanlaşdırır.
Göstərilən faktlar onu deməyə əsas verir ki, "Azərişıq" ASCbütövlükdə Azərbaycan iqtisadiyyatının, həmçinin yenidən bərpaedilən Qarabağın və Şərqi Zəngəzurun inkişafında müstəsnaəhəmiyyətə malikdir.