AZ

Qvardiola “Mançester Siti”dəki gələcəyini təhlükədə görürmü?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in düşərgəsindəki gələcəyini təhlükədə görüb-görməməsi haqda sualı cavablayıb.

Arena.az “Mançester Siti”nin rəsmi saytına istinadən, ispan mütəxəssisin müvafiq suala cavabını təqdim edir.

Əlavə edək ki, bu sual Qvardiolaya “Mançester Siti”nin Çempionlar Liqasının 1/16 final mərhələsində “Real”la qarşılaşacağı ilk – ev oyununa həsr edilmiş mətbuat toplantısında ünvanlanıb.

“Gələcəyimlə bağlı təhlükə hiss edirəmmi? Xeyr. İşəgötürənin həkimə, memar və ya professora risk altında olduqlarını söyləyib-söyləmədiyini də bilmirəm. Bu mahnının bütün stadionlarda mənə oxunduğunu bilirəm, amma yerimlə bağlı risk etmədiyimi də bilirəm. Bu gün mən belə düşünürəm, ola bilsin ki, bəlkə sabah məni küçənin ortasında yalqız buraxacaqlar. Ancaq məndə belə bir duyğu yoxdur”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” – “Real” oyunu bu gün, fevralın 11-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (12 fevral) başladacaq.

Seçilən
13
arena.az

1Mənbələr