Ermənistanın "Punik" futbol komandasının ukraynalı futbolçuları Anton Bratkov və Sergey Vakulenko Rusiyanın "Zenit" klubu ilə oyunda meydana çıxmaqdan imtina ediblər.
Missiya.Az xəbər verir ki, Əbu-Dabidəki (BƏƏ) “Emirates Palace” otelinin məşq meydançasında Rusiya və Ermənistan klubları arasında keçirilən yoldaşlıq matçı “Zenit”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd olunub ki, Bratkov və Vakulenko “Punik”in əsas oyunçularıdır.
Daşqın HəsənovMissiya.Az