AZ

Azərbaycanda daha 18 avtomobil - HƏRRACDA ÖZƏLLƏŞDİRİLİB

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda avtomobillər özəlləşdirilib.

Sığorta şirkətinin 180 manatlıq avtomobili - HƏRRACA ÇIXARILDI

FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərraclar rəqabətli keçib. Belə ki, hərracda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin balansında olan 17 avtomobil və Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin balansında olan Honda Accord markalı minik avtomobili özəlləşdirilib.

Hərracda yekun satış qiyməti 7 100 – 186 500 manat aralığında dəyişib.

Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.

Bakı şəhəri üzrə 11 fevral 2025-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı:

 

Balanssaxlayıcı təşkilatın adı

Avtonəqliyyat vasitəsinin markası

Dövlət nömrə nişanı

Buraxılış ili

Hərraca çıxarılan ilkin satış qiyməti (manat)

Yekun satış  qiyməti (manat)

Protokol №-si və tarixi

1

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi

17 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi

Siyahı əlavə olunur

 

186500

186500

35/24  26.12.2024

2

Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi

Honda Accord minik

90 PN 431

2009

7000

7100

35/24  26.12.2024

Seçilən
35
fed.az

1Mənbələr