Bakı. Trend:
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbiqulluqçusunun iştirak etdiyi Pakistan İslam Respublikasının Kəraçişəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi davamedir.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ölkəmizi təmsil edən sualtı hücum və sualtımüdafiə qrupları təlimin planına uyğun olaraq, yaşayışməntəqələrində antiterror əməliyyatları, açıq dənizdə gəmilərinzəbt olunması və müxtəlif ərazilərdə partlamamış mərmilərin və əldədüzəlmə partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrəfəaliyyətlərin icrası zamanı yüksək peşəkarlıq nümayişetdiriblər.
Bildirilib ki, "Sülh naminə birlikdə" şüarı ilə keçirilən"AMAN-25" çoxmillətli təlimində dəniz xüsusi təyinatlılarımızqarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinəyetirirlər.