AZ

Səkkiz qunduz hökumətin milyon dollarlıq bənd planını həyata keçirdi

Səkkiz qunduz hökumətin milyon dollarlıq bənd planını həyata keçirdi

Çexiyada illərdir planlaşdırılan bənd layihəsi səkkiz qunduzun sayəsində cəmi iki gündə tamamlandı.Çexiyanın Brdı bölgəsində su problemlərini həll etmək üçün nəzərdə tutulan bəndin tikintisi layihəsi 7 ildir ki, lazımi icazələrin alınmaması səbəbindən dayanıb. Lakin yanvar ayında rəsmilər bəndin tamamlandığını və tamamilə pulsuz başa gəldiyini anlayıblar. Bu vəzifəni səkkiz qunduz öz üzərinə götürüb.Çexiya Təbiət və Landşaftın Mühafizəsi Agentliyinin Mərkəzi Çexiya ofisinin rəhbəri Yaroslav Obermayer təbiətin öz həlli variantını tapdığını vurğulayaraq, "Qunduzlar həmişə ən yaxşısını bilir" deyib.Yarı su gəmiriciləri olan qunduzlar palçıq, daş və ağac budaqlarından istifadə edərək dərələri bağlayaraq gölməçələr yaradırlar. Bu gölməçələr təkcə özləri üçün deyil, bir çox digər canlı növləri üçün də yaşayış yeri təmin edir.Qunduz bəndləri; Su həşəratlarından balıqlara, suda-quruda yaşayanlardan leyləklərə, hətta maral və bizona qədər bir çox canlıya yeni yaşayış yerləri təklif edir. O, həmçinin təbii yanğın bəndləri və karbon anbarları yaradır və daşqınların qarşısını alır.Alimlər ətraf mühitini dəyişdirərək ekoloji tarazlığa töhfə verən heyvanları ekosistem mühəndisləri adlandırırlar. Qunduzlar bu tərifin ən məşhur nümunələrindən biridir.Güclü dişləri ilə ağacları dişləyir, meşələri formalaşdırır və onlardan bəndlər tikmək üçün istifadə edirlər. Əslində, Kanadadakı Wood Buffalo Milli Parkındakı nəhəng qunduz bəndinin uzunluğu təxminən yeddi futbol meydançası ölçüsündədir və hətta kosmosdan da görünə bilər.Jurnalist və yazıçı Ben Qoldfarb bu canlıların təbiətə verdiyi töhfələrin böyüklüyünə diqqət çəkərək, "Qunduzların etdiyi heç bir şey məni daha təəccübləndirmir" deyib.Qunduzların təkcə təbiətə deyil, insanlara da faydası ilə bağlı çoxlu nümunələr var. ABŞ-ın Oreqon ştatında milyon dollarlıq çirkab su təmizləyici qurğunun yanında qunduzların tikdiyi bəndlər ağır metalları və digər çirkləndiriciləri süni sistemdən iki dəfə səmərəli şəkildə süzə bilir.Kaliforniyadakı Yurok qəbiləsi qunduzların yasaq olduğu ərazilərdə “qunduz bəndin"ə bənzər tikililər tikərək təbiətə kömək edir. Bununla da ekoloji tarazlığı təmin etməklə yanaşı, qunduzları bu ərazilərə cəlb etmək şansı yaranır.Aydahoda baş verən böyük "Şarps" yanğından sonra qunduzların yaşadığı vadilər sulu və nəm olaraq qalıb və bu canlıların təbiətə müsbət təsirini bir daha sübut edib.Avropanın yerli növü olan Avrasiya qunduzları bir vaxtlar həddindən artıq ovlanma səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşmişdilər. Bununla belə, son illərdə aparılan mühafizə səyləri sayəsində bir çox bölgələrdə populyasiyalar yenidən artıb.Hakimiyyət Brdıda qunduzların tikdiyi bəndi sökmək əvəzinə onu olduğu kimi buraxmaq qərarına gəlib."Bu, bizim planlaşdırdığımız bir şey deyildi, lakin qunduzlar ekoloji funksiyanı mükəmməl şəkildə yerinə yetirirlər. Biz onların davam etməsinə icazə verəcəyik" deyən ekspertlər təbiətin öz tarazlığını tapmasına icazə verməyi seçiblər.Qunduz mütəxəssisi Şvab çöl tədqiqatlarından sonra "Bir dərə qunduzsuz sadəcə sudan ibarətdir" deyərək, bu ekosistem mühəndislərinin təbiət üzərində bənzərsiz təsirini təsvir edib.

Seçilən
13
afn.az

1Mənbələr