Təhsil Tələbə Krediti Fondu bildirib ki, müraciətlərin 10579 qəbul edilib.
2024/2025-ci tədris ilinin birinci semestri üzrə Təhsil Tələbə Krediti Fonduna ümumilikdə 12873 müraciət daxil olub.
Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondu məlumat verib.
Fond bildirib ki, müraciətlərin 10579 qəbul edilib.
TTK-nin iki növü sosial və standart kreditlərin sayı da açıqlanıb.
Belə ki, 10579 müraciətin 3629-u sosial üzrə, 6950-si isə standart TTK üzrə rəsmiləşib.
Təhsil Tələbə Krediti Fonduna müraciət forması ilə buradan tanış ola bilərsiniz.