AZ

Şimali Koreyada yüzlərlə rus əsgəri müalicə alır


Yüzlərlə rus əsgəri Şimali Koreya xəstəxanalarında müalicə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.  
Ancaq rusiyalı diplomat Şimali Koreyada xəstəxanaya yerləşdirilən rus hərbçilərinin sayı barədə ətraflı məlumat verməyib.
“Moskva və Pxenyan arasında yaxın münasibətinin bariz nümunəsi Ukrayna müharibəsində yaralanmış yüzlərlə əsgərin Koreya sanatoriya və xəstəxanalarında reabilitasiyasıdır”, - səfir bildirib.
Moskva 2022-ci ilin fevralında Ukrayna ilə müharibənin başlamasından təxminən altı ay sonra Şimali Koreyaya yardım üçün müraciət edib.
Qərb kəşfiyyatının hesabatlarına görə, hazırda Rusiya Pxenyandan milyonlarla artilleriya mərmisi alır.
Digər tərəfdən, keçən ilin payızında cəbhə xəttində, ilk növbədə, Rusiyanın Kursk vilayətində - Ukrayna qüvvələrinin avqustda daxil olduğu ərazilərdə Şimali Koreya qoşunları müşahidə olunmağa başlayıb.
Seçilən
8
1
yeniavaz.com

2Mənbələr