AZ

Rusiya hərbçiləri Suriyada 8 saat gözlədilib və hərbi bazaya buraxılmayıb

Suriya Müdafiə Nazirliyi Rusiya hərbi karvanının Tartus bazasına daxil olmasına icazə verməyib. 

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, Latakiya əyalətindəki Xmeymim hava bazasından 30 raketlə silahlanmış maşın karvanı Suriyanın yeni hökumətinə sadiq hərbçilər tərəfindən Tartus keçid məntəqəsində dayandırılıb.

Bildirilib ki, keçid məntəqəsində səkkiz saat gözlədikdən sonra konvoy Xmeymim bazasına qayıtmağa məcbur olub.

Xatırladaq ki, Rusiya hərbçiləri Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd rejimi ilə razılaşma əsasında 2015-ci ilin avqust ayından etibarən Xmeymim bazasından istifadə edir. 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr