Müdafiə Nazirliyi “Azərbaycan Ordusunun şəxsi heyətinin 2025-ci ildə tibbi təminatı üçün dərman preparatlarının, məsrəf tibbi ləvazimatların, laboratoriya reaktivlərinin və kardiocərrahiyyə üçün məsrəflərin satın alınma” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu 17 milyon manatlıq dərman vasitələri alır - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC (VÖEN: 1500072561) olub.
Qalib şirkətə 3 714 482 manat ödəniləcək.
Qeyd edək ki, “Azəri Med” QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hüquqi ünvanı AZ1033, Bakı Şəhəri Nərimanov Rayonu, Asif Məmmədov, Ev 30 F ünvanında yerləşir