Türkiyənin "Başakşehir" klubu hücum xəttini gücləndirib.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisi "Olimpiakos"dan İvan Brniçi transfer edib. Bu barədə Superliqa klubunun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, İvan Brniç mövsüm əvvəlini icarə əsasında "Çelye" klubunda keçirib. 23 yaşlı futbolçu Sloveniya təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.