Antalyada taekvondo üzrə “Turkish Open”in açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə Türkiyə Taekvondo Federasiyasının rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasına (ATF) xatirə hədiyyəsi təqdim edib.
Hədiyyəni ATF-in vitse-prezidenti Niyaməddin Paşayev qəbul edib.
Qeyd edək ki, G-2 kateqoriyalı yarışda Azərbaycan 27 idmançı ilə təmsil olunur.
İdman.biz