İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 2 lot üzrə 18 nəqliyyat vasitəsi satılıb.
Məlumata görə, hərracda lot üzrə 17 nəqliyyat vasitəsi 186 500 manata, digər nəqliyyat vasitəsi 7 100 manata satılıb.
Avtomobillərin siyahısı ilə https://clck.ru/3GJuci linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar 14, 18, 25 və 27 fevralda keçiriləcək. Hərraclara nəqliyyat vasitələri, daşınmaz əmlaklar, avadanlıqlar və texnikalar çıxarılacaq.