AZ

AZƏRBAYCAN VƏTƏNDAŞLARINI SOYUQ RUSİYA ÇÖLLƏRİNƏ DARTIB APARAN NƏDİR?

 Bu mövzuda hər bir mətbuatda, KİV-də müxtəlif cür fikirlər, təkliflər olur.

Lakin indiyəcən dəqiq bir iş görən iş adamı və yaxud dövlət tərəfindən real iş görən yoxdur.  Bu yaxınlarda internet kanallarının birində bir xanımın çıxışını dinlədim. Xanım bildirirdi ki, uzun müddətdir Türkiyə respublikasında yaşayır və çalışırmış: "... Çalışdığım sahə tekstil sahəsi idi. Həmin fabrikdə çalışanların əksəriyyəti demək olar ki, Azərbaycan vətəndaşları idi. Biz həmin fabrikin bütün işlərini görürdük. Mən hərdən fikirləşirdim ki, buradan çalışan, işi aparan, nəticəni əldə edən Azərbaycan vətəndaşları olaraq, niyə öz ölkəmizdə bu fabrik yaradılmır, təşkil edilmir, fikir verilmir?".

 Doğrudan da çox məntiqli fikirdir. Adicə bir sıravi fəhlə bunu düşünürsə, nəyə görə bizim nazirlər, komitə sədrləri, 125 deputat bunu fikiləşə bilmir? Xanım burada bir məsələni aydın deyir: ya onlar bu işə maraqlı deyil, ya da dövlətin proqramında belə bir layihə yoxdur.

 Bu gün millət vəkillərimiz hansı qanunları qəbul edir? "Yol hərəkəti haqqında" qanuna dəyişiklik, cərimələrin artırılmasına və ümumiyyətlə, bütün cərimələrin vətəndaşlara tətbiq edilməsi barədə qanun qəbul edirlər. Halbuki yeni iş yerləri yaradılsa, yəqin ki, həmin müəssisələr avtomatik olaraq vergi ödəyişici olacaq və nəticədə dövlətin büdcəsinə vəsait daxil olacaq. Bu zaman vətəndaşlarımızın soyuq Rusiya çöllərində iş axtarmaq kimi çətinlikləri olmayacaq. Yəqin ki, aidiyyatı qurumların bu barədə düşünməyin vaxtı çatıb.

Qiyam Ərşadoğlu

 

Seçilən
14
tezadlar.az

1Mənbələr