Əgər 10 000 manatınız varsa və haraya yatıracağınızı hələ qərarlaşdırmamısınızsa, bu yazı sizə düzgün seçim etməyə kömək edəcək. Hazırda Azərbaycan bankları müştərilərinə müxtəlif faiz dərəcələri ilə əmanət təklif edir və son dövrlərdə əmanət faizləri artmağa başlayıb. Lakin, seçim edərkən gəlirliliyi, faizlərin ödəniş tezliyini və müddətini nəzərə almaq vacibdir.
Finss.az xəbər verir ki, bəzi banklar aylıq faiz ödəyir, bəziləri isə faizləri müddətin sonunda və ya rüblük olaraq daha yüksək gəlir təqdim edirlər.
10 000 manatlıq əmanət qoyuluşunda minimal və maksimal gəlir bankdan və təklif olunan şərtlərdən asılı olaraq dəyişir. Ən yüksək gəlir təqdim edən banklar arasında Azərbaycan Beynəlxalq Bankı, Bank of Baku, AccessBank, Bank BTB, Expressbank, Turan Bank, Yelo Bank və AFB Bank xüsusi yer tutur. Bu banklar illik 12%-ə qədər gəlir vəd edir, bu da müddətin sonunda 1 200 manata qədər qazanc əldə etməyə imkan verir.
Ümumilikdə, qısa müddətli (3-6 ay) əmanətlərdə faiz dərəcələrinin daha aşağı olduğunu, uzunmüddətli əmanətlərdə isə bəzi bankların daha yüksək gəlir təklif etdiyini müşahidə etmək olar. Məsələn, 3 aylıq əmanətlərdə faizlər 1,5%-dən başlayır və 8%-ə qədər yüksəlir. 12 ay və daha uzun müddətli əmanətlərdə isə faizlər 12%-ə qədər çata bilər.
Faizlərin ödəniş tezliyi də qazancın həcminə təsir göstərir. Aylıq faiz ödənişləri ilə müqayisədə faizlərin müddətin sonunda ödənilməsi bir qədər daha yüksək gəlir gətirir. Belə ki, aylıq faiz ödənişi ilə 12 aylıq əmanət üzrə maksimum gəlir 1 150 manat olduğu halda, eyni müddət üçün faizlərin müddət sonunda ödənilməsi ilə bu məbləğ 1 200 manat ola bilər.
Ümumilikdə, Azərbaycanda 10 000 manatlıq əmanət yerləşdirildikdə minimum qazanc 100 manat (1%-lik faiz dərəcəsi ilə), maksimum qazanc isə 1 200 manat (12%-lik faiz dərəcəsi ilə) təşkil edir. Bu baxımdan, ən yüksək gəlir əldə etmək üçün uzunmüddətli və yüksək faiz təklif edən banklara üstünlük vermək məsləhət görülür.
Qeyd edək ki, AZN əmanətləri üzrə AccessBank kampaniya keçirir. Kampaniya 01.04.2025-ci il tarixinədək qüvvədədir. Əmanət məbləği 100 000 AZN-dən yuxarı və müddəti 18-24 ay olan əmanətlərin faiz dərəcəsinə +0,25% müştəri istəyinə əsasən əlavə edilə bilər.
Bundan başqa, Bank BTB “Əmanət kampaniyası” keçirir və bu kampaniya 07 yanvar 2025-ci ildən 28 fevral 2025-ci il tarixinədək davam edəcək.
Daha detallı banklar üzrə əmanət müddətləri və faiz ödənişinə görə bölgüsü aşağıda təqdim etdiyimiz cədvəldə verilmişdir:
Bank | Depozit növü | Depozit müddəti (AY) | Faiz aylıq ödənilir | Əmanətçinin illik gəliri | Faiz müddətin sonunda ödənilir | Əmanətçinin illik gəliri |
---|---|---|---|---|---|---|
Azərbaycan Beynəlxalq Bankı | Klassik əmanəti | 3 | 7% | 700 | 8% | 800 |
6 | 10% | 1 000 | 11% | 1 100 | ||
12 | 10,5% | 1 050 | 11,5% | 1 150 | ||
18 | 11% | 1 100 | 12% | 1 200 | ||
Azər-Türk Bank | Klassik əmanəti | 12 | 8,0% | 800 | 8,5% | 850 |
24 | 9,0% | 900 | 9,5% | 950 | ||
AccessBank | Müddətli Depozit | 6 | 10,5% | 1 050 | 11% | 1 100 |
12 | 10,5% | 1 050 | 11% | 1 100 | ||
18 | 11,75% | 1 175 | 12% (+0,25%) | 1 200 | ||
AFB Bank | Müddətli Əmanət | 12 | 11,5% | 1 150 | 12% | 1 200 |
24 | 11,0% | 1 100 | 12% | 1 200 | ||
Bank BTB | Əmanət kampaniyası | 12 - 36 | 11,5% | 1 150 | 12% | 1 200 |
Müddətli Əmanət | 6-8 | 3,0% | 300 | 4,0% | 400 | |
12-17 | 10,0% | 1 000 | 10,5% | 1 050 | ||
Bank of Baku | Dinamik əmanət | 1-3 | 5,5% | 550 | 5,5% | 550 |
12 | 12% | 1 200 | 12% | 1 200 | ||
Bank Respublika | Müddətli əmanət | 6-11 | 6,0% | 600 | 7,0% | 700 |
12-17 | 10,0% | 1 000 | 10,5% | 1 050 | ||
Expressbank | Klassik | 3 | 8,0% | 800 | 8,5% | 850 |
12-17 | 12,0% | 1 200 | 12% | 1 200 | ||
Kapital Bank | Kapital depoziti | 3 | 8,0% | 800 | 9,0% | 900 |
12 | 10% | 1 000 | 11% | 1 100 | ||
Rabitəbank | Universal əmanət | 3 | 3,0% | 300 | 4,0% | 400 |
12 | 9,25% | 925 | 10,0% | 1 000 | ||
Turan Bank | Sirlər Xəzinəsi | 6 | 10% | 1 000 | 11% | 1 100 |
Unibank | Müddətli Əmanət | 3 | 8,0% | 800 | 9,0% | 900 |
12 | 10,5% | 1 050 | 11% | 1 100 | ||
VTB Bank | Sərfəli | 3 | 2,0% | 200 | 3,0% | 300 |
12 | 11,5% | 1 150 | 11,5% | 1 150 | ||
Xalq Bank | Proqress | 12 | 5,75% | 575 | 6,25% | 625 |
Yapı Kredi Azərbcan | Yığım | 6 | 2,75% | 275 | 3,5% | 350 |
Yelo Bank | Yelo Sabit | 3 | 7,0% | 700 | 7,5% | 750 |
Ziraat Bank | Standard Əmanət | 9 | 7,75% | 775 | 8,0% | 800 |
Azərbaycan Sənaye Bankı | Depozit | 1 | 1,0% | 100 | 3,0% | 300 |