“Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldonun məşuqəsi Corcina Rodriges yenidən gündəmə gəlib.
Arena.az məlumat verir ki, argentinalı model yarışəffaf, qara rəngli qısa dar ətəkdə şəhvətli əndamını nümayiş etdirdiyi şəkillərini özünün “Instagram” sosial-şəbəkə hesabı üzərindən pərəstişkarları ilə paylaşıb.
Şəkillərdə Corcina özünün qarderob otağında yarışəffaf, qara rəngli qısa dar ətəkdə müxtəlif duruşları ilə göz oxşayır. Gözəlin vücudunu geyiminə müvafiq ahəngə uyğun qara rəngli zərif ayaqqabıları tamamlayır.
Xatırladaq ki, Corcina və Kristianonun rəsmi münasibəti haqda müxtəlif şayiələr dolaşsa da, cütlük uzun illərdir birlikdə ömür sürür və beş uşaq böyüdür.