![Ürəyi](https://ulusum.az/uploads/posts/2025-02/4e062537ce_eac13076-e80a-11ef-85cd-02420a0000c9_1024.webp)
Britaniyanın Kardiologiya Mərkəzinin baş tibb bacısı Emili Makqrat ürək-damar xəstəliklərindən qorunmaq üçün sevgi münasibətləri və xoşbəxt evliliyin əhəmiyyətini vurğulayıb. The Daily Mirror yazır ki, bu üsul əvvəlcə gözlənilməz görünsə də, əslində elmi əsaslara malikdir.Makqrat qeyd edib ki, xoşbəxt və stabil münasibətlər yüksək özünəinam, maliyyə sabitliyi və stresin azalması ilə əlaqələndirilir. Stresin isə ürək xəstəliklərinin inkişafına mənfi təsir göstərdiyi məlumdur."Ailə həyatında və gündəlik yaşamda daha az stress keçirdikdə sağlamlıq problemləri də azalır," — deyə o əlavə edib.Bundan başqa, Makqrat ailəli insanların sağlam qidalanma və sağlam həyat tərzinə daha çox üstünlük verdiyini qeyd edib. Belə insanların zərərli vərdişlərə daha az meyilli olduğunu da vurğulayıb.Səidə
Diqqət Çəkənlər
Nazir: İran təhdidlər altında danışıqlarda iştirak etmir
Pensiyalar artımla nə vaxtdan veriləcək?
İİV-ə yoluxma halları arta bilər