AZ

Elektrikli nəqliyyatların daha bir üstünlüyü BƏLLİ OLDU - RƏYLƏR

“Keçən ilin statistikasına görə, bizim ölkəmizə təxminən 90 000 avtomobil idxal olunub. Bu avtomobillərin 30 000 ekoloji cəhətdən təmiz avtomobillərdir və bu cəhətdən təmiz olan nəqliyyat vasitələrinin 10%-i elektromobillər təşkil edir. Bu böyük artım olmasa da, ən azından vətəndaşların elektromobillərə marağının göstəricisidir. Hələki Azərbaycan avtomobil bazarına bu say elə də təsir etmir, amma belə proqnozlaşdırmaq olar ki, qarşıdan gələn illər ərzində bu say dəfələrlə artacaq. Bu sahəyə maraq artıqca təbii ki, enerji sektorunda da dəyişikliklərə ehtiyac var. Bunlardan birinci paytaxt Bakı daxil olmaqla, bır sıra bölgələrdə enerjidoldurma məntəqələrinin yaradılma məsələsidir. Müşahidələrimizə görə “Azərişıq” tərəfindən ötən ilin sonuna yaxın enerji doldurma məntəqələri quraşdırıldı. Hal-hazırda Azərbaycanda 400-ə yaxın enerjidoldurma məntəqəsi mövcuddur. Bununla yanaşı elektromobilin əsas infrastruktur problemi enerji doldurma məntəqəsidir. Enerji doldurma məntəqələri nə qədər çox olarsa, bu avtomobillərdən istifadə edənlərin sayı da çox olar və həmçinin uzaq məsafələrə yürüşlərdə artar”. Bu sözləri nəqliyyat eksperti Eldəniz Cəfərov SİA-ya açıqlamasında deyib.

Həmçinin məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov fikirlərini bildirib. Onun sözlərinə görə, elektrik avtomobillərinin dünya bazarına inteqrasiyası sürətlə davam edir: “O cümlədən Azərbaycan bu prosesdə yaxından iştirak edir. Azərbaycanın konkret olaraq alıcı kütləsi şaxəlidir. Yəni Azərbaycan istehlakçısı ilk növbədə sərfiyyatla bağlı məsələləri özündə ehtiva edir, həmçinin komfortla bağlı müəyyən narahatçılıqları var. Komfort dedikdə şəxsi insanların istəkləri nəzərdə tutulur. İdxal olunan nəqliyat vasitələrinin ehtiyaclığının əlçatan olması, onların servislərinin, iş tarazlığının olması, həmçinin keyfiyyətli olub-olmaması sual doğuran məsələlərdəndir. Vətəndaşlar bu və digər formada öz suallarına cavab istəyirlər. Ona görə də müəyyən mənada elektrik avtomobillərin dünya sektorunda əsas payı bu kimi addımların önlənməsindən irəli gəlir.

Bununla yanaşı ekspert qeyd etdi ki, xarici ölkələrdə avtomobillər təmirə ehtiyacı olan zaman bunu servislər həyata keçirir və sığortalar vasitəsilə onun təmiri aparılır, vətəndaşa tərs düşmür: “Lakin bizim ölkədə avtomobilinin təmirinin bütün xərclərini vətəndaş özü çəkir. Bu və digər səbəbdən vətəndaş usta tapılmasının və avtomobil ehtiyaclarının əlçatan olmasını istəyirlər. Bu kimi amillər Azərbaycan vətəndaşının əsas ürəyində olan, lakin dilində səsləndirə bilmədiyi məqamlardır. Xidmətlərin, keyfiyyətlərin yüksəlməsi ilə bağlı həmçinin vətəndaşların məmnunluğu ilə bağlı dəyişikliklər olması arzuediləndir”.

Müəllif: Xeyrənsə Piriyeva
Seçilən
4
sia.az

1Mənbələr