AZ

Türkiyədə Azərbaycana məxsus yük maşını yandı

Türkiyənin Ərzincan-Ərzurum avtomobil yolunda Azərbaycan dövlət nömrə nişanlı yük maşınının qoşqusu yanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, dəmir yüklü Azərbaycan nömrəli yük maşınının təkərlərindən çıxan qığılcımlar qoşquya keçib. Bir müddət sonra yük maşınının qoşqusu yanmağa başlayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



Xəbər 2 dəfə oxunub.
Seçilən
19
xezernews.az

1Mənbələr