AZ

Enerji içkisi 20 yaşlı idmançının ölümünə səbəb oldu – FOTO

20 yaşlı idmançı Jazmin Garza idman zalında enerji içkisini qəbul etdikdən sonra infarkt keçirib.

Medianews.az xəbər verir ki, normalda kofeinli içkilər qəbul etməyən Jazmin Garza bu içkini ilk dəfə dadıb.

Hadisə zamanı Garzanın ürəyi dayanıb və beyninə oksigen getməyib.

Ürəyi dayanan idmançıya dərhal ürək masajı edilib. Hadisə yerinə gələn təcili yardım işçiləri ürəyi yenidən işə salmaq üçün şok terapiya tətbiq ediblər. Bütün müdaxilələrə baxmayaraq gənc qadını xilas etmək mümkün olmayıb.

İdmançının normalda kofeinli içkilər qəbul etmədiyini və bu içkini ilk dəfə sınadığı bildirilib. Həkimlər çoxlu analizlər aparsalar da, infarktın səbəbini tapa bilməyiblər. Həkimlər naməlum ürək xəstəliyi ilə enerji içkisinin birləşməsinin bu vəziyyətə səbəb ola biləcəyini düşünür.

Qeyd edək ki, gənc idmançının içdiyi “Ghost” adlı enerji içkisi iki fincan qəhvədən iki dəfə çox kofein (200mg) ehtiva edir.

Medianews.az

Milyonların tükettiği kafeinli enerji içeceği içen kadın sporcunun kalbi durdu

Milyonların tükettiği kafeinli enerji içeceği içen kadın sporcunun kalbi durdu

 

Seçilən
21
2
medianews.az

3Mənbələr