Bakı.Trend:
ABŞ-nin Kaliforniya ştatının Lourens Livermor adına millilaboratoriyası dünyanın ən güclü superkompüterini rəsmi olaraq işəsalıb.“El Capitan” adını daşıyan layihənin maliyyələşməsinə 600milyon dollar sərf olunub.
Trend xəbər verirki, bu haqda məqalə “Space” nəşrində dərc olunub.
“El Capitan” ABŞ-nin milli təhlükəsizliyi ilə əlaqədar bir sıravacib tapşırıqların yerinə yetirilməsində, o cümlədən, 1992-ci ildətətbiq olunan yeraltı sınaq qadağası şəraitində ABŞ-nin nüvəsilahları arsenalının təhlükəsizliyinin təmin edilməsində istifadəolunacaq.
Əsas tədqiqat sahələrinə materialşünaslıq, yüksək enerji sıxlığıfizikası, nüvə məlumatları, silah sistemlərinin hazırlanması vədigər məxfi tapşırıqlar daxildir.
Dünyada superkompüterlərin məhsuldarlığını qiymətləndirmək üçünistifadə olunan "High-Performance Linpack" (HPL) testləri zamanı“El Capitan” 1.742 eksaflops nəticə göstərib və bununla da dünyanınən sürətli kompüteri olub.