Türkiyə 1-ci Liqası komandası "Ankaragücü" baş məşqçisi ilə yollarını ayırıb.
Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi Türkiyənin "Ankaragücü" klubu komandanın baş məşqçisi Kamal Özdeşlə yollarını ayırıb.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Özdeş paytaxt klubunun sükanı arxasında cəmi ay yarım qalıb.
Xatırladaq ki, daha əvvəl Özdeş Dadaşovu əsas komandadan uzaqlaşdırmışdı