AZ

“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK - TARİX

“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Səhmdarların növbəti Ümumi Yığıncağı 27 mart 2025-ci il tarixdə, saat 12:00-da, Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu, Aviation Services Group-un inzibati binasında keçiriləcəkdir.

FED.az bu barədə Səhmdar Cəmiyyətə istinadən xəbər verir.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

  1. Cəmiyyətin 2024-cü ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi;
  2. Cəmiyyətin illik maliyyə hesabatlarının təsdiqlənməsi;
  3. Digər məsələlər.

Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallar səhmdarlara təqdim ediləcəkdir. Sənədlər üzrə məsul şəxs Quliyeva-İmranova R.Ə. təyin edilmişir.

Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]

Seçilən
10
fed.az

1Mənbələr