AZ

Ağsu və İsmayıllıda sahibkarlarla görüşlər keçirilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən Ağsu və İsmayıllı rayonlarında sahibkarlarla görüşlər keçirilib.

Fondun məlumatına görə, görüşlərdə sözügedən rayonların icra hakimiyyətlərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və müvəkkil kredit təşkilatlarının nümayəndələri, eləcə də həmin regionlarda iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbirlərdə sahibkarlara dövlətin güzəştli maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Fondun güzəştli kreditlərindən yararlanmaq istəyən sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.

Seçilən
25
vergiler.az

1Mənbələr