AZ

"Bizim bir-birimizə qarşı oyunlarımız "klasiko"nu xatırladır" - Karlo Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Mançester Siti" ilə üz-üzə gələcək "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Bizim bir-birimizə qarşı oyunlarımız "klasiko"nu xatırladır. Bu, maraqlı və bərabərsəviyyəli görüş olacaq. Nə baş verəcəyini indidən demək çətindir. İki çox yüksək səviyyəli kollektiv qarşılaşacaq. Özümüzün ən yaxşı versiyamızı ortaya qoymalıyıq".

Qeyd edək ki, "Mançester Siti" - "Real" matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Nihat

Seçilən
5
fanat.az

1Mənbələr