Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvləri Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək "Fujairah Open" beynəlxalq turnirdə iştirak edəcəklər.
Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Ölkəni baş məşqçisi Səbuhi Zülfüqarov, böyük məşqçi Cəlil Abdullayev və məşqçi Zahid Məmmədovun rəhbərliyi altında 29 idmançı təmsil edəcək.
Yeniyetmələr arasında yarışlar fevralın 12-də baş tutacaq.