AZ

İlon Maskın komandası OpenAI almaq istəyir

İlon Maskın komandası OpenAI-ni 97,4 milyard dollara almaq istəyir.

Bu barədə "Associated Press" məlumat yayıb.

Məqalə müəllifləri qeyd edirlər ki, sahibkar ChatGPT-nin müəlliflərindən biri olub, lakin sonra layihəni tərk edib.

Mask dəfələrlə OpenAI-ni neyron şəbəkədən pul qazandığına görə tənqid edib.

Amerikalı milyarderin fikrincə, süni intellektə giriş pulsuz olmalıdır. Buna OpenAI rəhbəri əks təkliflə cavab verib. Sem Altman X sosial şəbəkəsindəki səhifəsində keçmiş Twitter-i 10 dəfə kiçik məbləğə almağa hazır olduğunu yazıb və şirkətin kapitallaşmasının Maskın onu almasından sonra düşdüyünə işarə vurub. Bununla belə, qərar OpenAI-nin idarə heyətində qalır.

Seçilən
7
aznews.az

1Mənbələr