AZ

Smotriç: "Əsirlər sağ-salamat qayıtmasalar..."

Busözləriİsrailin ifrat sağçı qanada malik maliyyə naziri Betsalel Smotriç Haredi Strategiya və Siyasət İnstitutunda çıxışı zamanı dilə gətirib. O vurğulayıb ki, terrorçular atəşkəs sazişini pozsalar, "Qəzza zolağında elektrik və su tamamilə kəsilməli, humanitar yardımlar dayandırılmalıdır".

"ABŞ Prezidenti Donald Trampın Qəzzada döyüşlərə qayıtmaqla bağlı son bəyanatı göstərir ki, o bizi dəstəkləyir. Belə bir şəraitdə İsrail Ordusu Qəzzanı bir neçə saat ərzində nəzarətə götürməyə hazırdır. Qəzza yenidən İsrailin bir hissəsi olmalıdır. Bu, İsrail dövlətinin və vətəndaşlarının təhlükəsizliyi üçün yeganə zəmanətdir",- nazir bildirib.
Suriya Prezidenti:"Trampın planı cinayətdir"

Xatırladaq ki, ABŞ lideri Donald Tramp dünən HƏMAS-a qarşı "şənbə günü günortayadək bütün israilli əsirləri azadlığa buraxmaq" tələbini irəli sürüb. O, tələbində "HƏMAS əsirləri buraxmasa, İsrail Qəzzada müharibəni yenidən başlatmalıdır" şərtini də qoyub. HƏMAS terror təşkilatının ali rütbəli sözçüsü Sami Əbu Zöhri onun bu sərt tələbini "mənasız" adlandırıb. Digər tərəfdən, İsrailin maliyyə naziri Betsalel Smotriçlə yanaşı sabiq milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə bu tələbi müsbət qarşılayıb.

"Tramp haqlıdır. Yenidən müharibəyə qayıtmalı",- o, "X"dəyazıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
6
azvision.az

1Mənbələr