“Rusiya Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını asanlaşdırmağa hazırdır, lakin hər iki tərəf danışıqları müstəqil aparmağa qadirdir”.
Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə müsahibəsi zamanı deyib.
O bildirib ki, İrəvan müxtəlif səviyyələrdə bəyanatlar verib ki, vasitəçilərə ehtiyac yoxdur.
“İrəvan və Bakı bu prosesi təkbaşına başa çatdırmaq iqtidarındadır. Biz mümkün olan yardımı göstərməyə hazır olduğumuz üçün müstəqil səyləri alqışlayırıq”, - deyə siyasətçi vurğulayıb.
Peskov Rusiya Federasiyası üçün Cənubi Qafqazda regionun tərəqqi ərazisinə çevrilməsinin vacib olduğunu qeyd edib.
Daşqın HəsənovMissiya.Az