AZ

Netanyahu məhbus mübadiləsinin dayandırılmasına görə məsuliyyət daşıyır

Bakı, TurkicWorld

İsrailin əsas müxalifət partiyası "Gələcək"in lideri Yair Lapid Baş nazir Benyamin Netanyahunu HƏMAS-ın fevralın 15-də baş tutmalı olan məhbus mübadiləsini dayandırmasına görə məsuliyyət daşımaqda ittiham edib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Lapid yerli radiostansiyaya verdiyi açıqlamada bildirib ki, HƏMAS-ın bu qərarı Netanyahunun məhbus mübadiləsinin ikinci mərhələsinə keçmək istəmədiyini dəfələrlə bəyan etməsinə cavabdır.

O, məhbus mübadiləsinin dərhal həyata keçirilməsinin vacibliyini vurğulayaraq, İsrail hökumətinin Qəzzada məhbusların öldürülməsinə bərabər bir siyasət yürütdüyünü qeyd edib.

Lapid əlavə edib ki, Netanyahu və onun hökuməti vaxt udmaq üçün razılaşmanı sabotaj etməyə çalışır. Onun sözlərinə görə, məhbus mübadiləsinin ikinci mərhələsinin başlanması birinci mərhələnin əsas şərtlərindən biri olub, lakin Netanyahu bu danışıqlara mane olub və nəticədə HƏMAS məhbusları təhvil verməkdən imtina edib.

İsrail Ordusu Radiosunun məlumatına görə, Qəzzadakı israilli məhbusların qohumları da HƏMAS-ın məhbus mübadiləsini dayandırmasında Netanyahunu günahlandırıblar.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə fevralın 15-də baş tutmalı olan məhbus mübadiləsinin İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirməməsi səbəbilə dayandırıldığını açıqlayıb.

Seçilən
3
turkic.world

1Mənbələr